Prezident Polad Həşimovla bağlı tapşırıqlar verdi - FOTO

   Prezident Polad Həşimovla bağlı tapşırıqlar verdi  -  FOTO
  30 İyul 2020    Oxunub:18543
Xəbər verdiyimiz kimi, iyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Azvision.az xəbər verir ki, dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.



Qeyd edək ki, general-mayor Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb. P.Həşimov Aprel döyüşlərində göstərdiyi şücaətlərə görə təltif edilib.



Qəhrəman general Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunub.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   General   Polad-Həşimov  





Xəbər lenti