“AXCP bu prosesi dayandırmalıdır”- Müsavat

“AXCP  bu prosesi dayandırmalıdır”- Müsavat
  21 Yanvar 2014    Oxunub:1540
“AXCP və Müsavat Partiyası arasındakı gərginliklə bağlı Müsavat Partiyası moratorium elan edib. Mənə elə gəlir ki, dostlarımız da bu moratoriuma uyğun olaraq bu prosesi dayandırmalıdırlar”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanının müşaviri Mehman Cavadoğlu deyib. O, partiyalar arasındakı gərginliyi aradan qaldırmaq üçün dialoq variantını şərh edib:

“Qarşı tərəf dialoq təklif edəcəyi təqdirdə bu müzakirə oluna bilər. Müsavat Partiyası bütün təklifləri dəyərləndirir. O cümlədən belə təklif gələrsə, bunu müzakirə edərik. Müsavatın özünün təklifinə gəlincə isə moratoriumun elan olunmasının özündə bu məsələ ilə bağlı pozitiv amil dayanır. Müsavat Partiyası moratoriumla özünün xoş niyyətini nümayiş etdirir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti