"Təcrübəmizi qardaş Azərbaycanla bölüşməyə hazırıq" - BƏƏ səfiri

"Təcrübəmizi qardaş Azərbaycanla bölüşməyə hazırıq" -  BƏƏ səfiri
  30 İyul 2020    Oxunub:2082
“Birləşmiş Ərəb Əmirlikləri qazandığı uğurlara görə fərqli ölkədir. Əmirliklər heç vaxt dayanmır, əksinə, onilliklərlə irəliləyir. 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri xalqı yeni iddialı planları ilə Yeni ili - Qızıl yubileyini qeyd edəcək".
Azvision.az xəbər verir ki, bu barədə BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd əl-Qubaisi deyib.

O qeyd edib ki, BƏƏ-nin Baş Naziri və vitse-prezidenti, Dubay hökmdarı Şeyx Məhəmməd bin Raşidin elan etdiyi kimi gələn il gələcək üçün yol xəritəsinin təqdim edilməsi və 50 illik yubileyi qeyd etmək üçün möhtəşəm tədbirlərə hazırlıq ili olacaq. Genişmiqyaslı milli strategiya, 2071-ci ildə 100 illik yubileyinə qədər Əmirlikləri istiqamətləndirəcək. Əlli il əvvəl dövlətimizin qurucu ataları bizim bugünkü həyatımızı formalaşdırdılar və indi biz gələn il gələcək nəsillər üçün gələn əlli illiyi formalaşdıracağıq.

Səfir vurğulayıb ki, BƏƏ müdrik rəhbərliyi altında və çalışqan bir xalqın səyəsində bu illər ərzində ölkəni fərqləndirən bir çox böyük nailiyyətlərə imza atıb.

"Əmirliklərin Mars Missiyası bütün ərəb və müsəlman ölkələri arasında ilkdir. BƏƏ İnnovasiya ili elan edilən 2015-ci ildən bəri hər yeni il üçün mərkəzi mövzular təqdim edir.

BƏƏ burada yaşamaq izni olan xarici vətəndaşların sevimli və xoşbəxt evinə çevrildi. Son 50 ildə BƏƏ həyatın bütün sahələrində əlamətdar bir irəliləyiş əldə etdi. Belə ki, uzun ömürlülük artdı, uşaq ölümü aşağı düşdü, hər bir əmirlikdə xəstəxanaların sayı artdı, əhali arasında savadlılıq yüzdə 95-faizdən çox oldu, BƏƏ-də beynəlxalq məktəblər və dünyanın ən yaxşı universitetlərinin filialları açıldı, yeni muzeylər və parklar açıldı, Xoşbəxtlik Nazirliyi quruldu və sair. Qısası, tərəqqi BƏƏ-ni etibarlı, təhlükəsiz və çiçəklənən bir ölkə halına gətirdi. Bunlar BƏƏ-nin qalib ruhuna bir neçə misaldır.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri olaraq vurğulamaq istərdim ki, səfirlik BƏƏ təcrübəsini qardaş Azərbaycanımızla bölüşmək üçün hər cür təşəbbüs və fikirləri alqışlayır. Bu baxımdan, hər zaman Azərbaycan tərəfinin, xüsusən də Prezident İlham Əliyevin, Xarici İşlər Nazirliyinin və bütün hökumətin dəstəyini hiss etmişik", - deyən səfir fikirlərini Əbu Dabi şahzadəsi Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın bu sözləri ilə bitirib: "Bizi prespektivli gələcək naminə bir komanda, bir ruh birləşdirir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti