Koçaryan “Qarabağ Ermənistandır” ifadəsini rədd etdi

Koçaryan “Qarabağ Ermənistandır” ifadəsini rədd etdi
  30 İyul 2020    Oxunub:9663
Ermənistanın ikinci prezidenti Robert Koçaryan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində baş nazir Nikol Paşinyanın səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə” ifadəsini qəbul etmədiyini bildirib.
Azvision.az xəbər verir ki, Koçaryan həbsdən sonra yerli mətbuata ilk müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, Paşinyanın Xankəndində (Azərbaycanın işğal altındakı şəhəri) verdiyi bu bəyanat hakimiyyət üçün müəyyən dərəcədə alleqorik məna daşıyır, eyni zamanda, əslində bu, Qarabağın Ermənistanın bölgəsinə çevrilməsi deməkdir.

Koçaryanın sözlərinə görə, bu açıqlama “Qarabağ nizamlanmasında tərəfləri məmnun edəcək bir qərar qəbul edilməlidir” bəyanatı ilə necə uyğunlaşdırıla bilər.

O, Ermənistanın milli təhlükəsizliyinin yeni strategiyasında "Dağlıq Qarabağ Respublikası" və "Dağlıq Qarabağ xalqı" sözünün olmadığını təsadüfi hesab etmir, amma əhali sözü olduğunu xatırladıb.

Daha sonra Koçaryan danışıqlar prosesinin dayandırılmasına da toxunub. Bildirib ki, danışıqlar istənilən müharibədən yaxşıdır.

Bundan əlavə, keçmiş prezident danışıqlar prosesinin hələ də geri qaytarıla biləcəyinə inanır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti