“Gülər Əhmədova oğlu ilə görüşə bilmir”

“Gülər Əhmədova oğlu ilə görüşə bilmir”
  21 Yanvar 2014    Oxunub:1179
Sabiq deputat Gülər Əhmədova yanvarın 23-də keçiriləcək appelyasiya məhkəməsində özü də iştirak edəcək.
Bu barədə AzVision.az-a vəkil Əfsər Talıbov məlumat verib. Onun sözlərinə görə, məhkəmədə hansı qərarın qəbul olması barədə hələ bir söz deyə bilməz:

“Gülər xanım özü məhkəmədə iştirak edəcək. Proses başlasın, görək nə olacaq? İndidən nəsə demək tezdir”.

Ə.Talıbov həmçinin bildirib ki, eks-deputata əsgərlikdən qayıdan oğlu ilə görüşə icazə verilmir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti