Tanınmış teleaparıcıya nazirlikdə vəzifə verildi

 Tanınmış teleaparıcıya nazirlikdə vəzifə verildi
  29 İyul 2020    Oxunub:3347
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə yeni təyinat olub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Azvision.az -a bildirib ki, bu vəzifəyə Rəşad Mehdili təyin edilib.

"Rəşad Mehdili indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.
Həmkarımızı təbrik edir, yeni işində ona uğurlar arzulayırıq!"

Azvision.az


Teqlər: ƏƏSMN   DSMF  





Xəbər lenti