Sülhəddin Əkbər: “Bezmişəm Milli Şuradan”

Sülhəddin Əkbər: “Bezmişəm Milli Şuradan”
  21 Yanvar 2014    Oxunub:1410
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər Milli Şura ilə bağlı açıqlama verməyi özünə qadağa qoyub. Böhranda olan Milli Şuradan çıxacağı gözlənilən ACP sədri artıq bu haqda danışmaqdan bezdiyini deyib:

“İnanın ki, Milli Şuradan danışmaqda, bu mövzu ilə bağlı açıqlama verməkdən bezmişəm. Bundan sonra bu haqda danışnmaq istəmirəm”,-deyə S.Əkbər qeyd edib.

Xatırladaq ki, Milli Şuranın son iclasından sonra Açıq Cəmiyyət, yeni Azad Demokratlar Partiyasının bu qurumdan çıxacağı gözlənilir. S.Əkbər ötən həftə keçirilən sessiyadan iki gün öncə bəyan etmişdi ki, onun Milli Şura və Şuranın idarəçiliyi ilə bağlı hazırladığı təkliflər paketi var. Bildirmişdi ki, həmin təkliflər paketini sessiyada təqdim edəcək, qəbul olunmasa, Milli Şurada qalıb-qalmamaq məsələsi gündəmə gələcək.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti