10 ildə 30 min intihar - STATİSTİKA

10 ildə 30 min intihar - STATİSTİKA
  21 Yanvar 2014    Oxunub:1151
Daha çox 15-19 yaş qrupu arasında olan qızlar intihara əl atırlar.
Dünyada da intihar hallarının sayı xeyli artıb. Hətta bu rəqəmlərin ötən illərlə müqayisədə bir neçə dəfə çox olduğu bildirilir.

AzVision.az xəbər verir ki, Türkiyənin Adnan Menderes Üniversitesinin professor, intihar faktlarını araşdıran mütəxəssis Mehmet Eskin ölkəsində və dünyada yaşanan intihar hallarını araşdırıb.

Onun “İntihar” adlı əsərində bildirilir ki, Türkiyədə 2003-2012-ci illərdə intihar edənlərin sayı 30 min olub. Bu daha çox İzmir, Uşak, Kastamonu, Iğdır, Aydın, Muş, Ədirnə, Ardahan, Çorum və Bingöl bölgələrində yayılıb.

İntihar edənlər niyə bu yolu seçirlər? – İntiharların əsas səbəblərindən biri insanların gələcəyə ümidsiz baxması və uşaq yaşlarında aldıqları travmalardır. İnsanlar intihar etməklə problemlərinin həll olunacağını düşünürlər.

Daha çox 15-19 yaş qrupu arasında olan qızlar intihara əl atırlar. Qızların daha çox intihara cəhd etməsinin səbəbi sevgilərinin qarşılıqlı olmaması və sevdikləri insanlarla evlənməmələridir.

Dünyada intihar – Dünya ölkələri arasında ən çox intihar halları Finlandiya və Macarıstanda qeydə alınır. Son vaxtlarda isə Baltikyanı ölkələr, Rusiya, Cənubi Koreya və Çində də intihar geniş yayılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti