ABŞ-da koronavirusla bağlı vəziyyət getdikcə pisləşir

ABŞ-da koronavirusla bağlı vəziyyət getdikcə pisləşir
  25 İyul 2020    Oxunub:5973
ABŞ-da son sutka ərzində 73 715 nəfər yeni növ koronavirusa yoluxub, 1130 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ümumilikdə Birləşmiş Ştatlarda 4 112 651 nəfərdə koronavirus aşkarlanıb, 145 mindən çox xəstə vəfat edib, 1,2 milyondan çox virus daşıyıcısı sağalıb.

Son günlər yoluxma sayının artması fonunda ABŞ-da koronavirusla bağlı vəziyyətin getdikcə pisləşdiyi bildirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   virus  





Xəbər lenti