Ermənilər Moskvada azərbaycanlının restoranını dağıtdı

Ermənilər Moskvada azərbaycanlının restoranını dağıtdı
  24 İyul 2020    Oxunub:9823
Ermənilər Rusiyanın paytaxtı Moskvada azərbaycanlıya məxsus restorana hücum ediblər.
Azvision.az "360tv.ru"ya istinadən xəbər verir ki, onlar üzərlərində soyuq silahla paytaxtdakı "1001 gecə" restoranına gələrək kütləvi dava salıblar.

Məlumata görə, “1001 gecə” restoranı azərbaycanlıya məxsusdur.

“Bizə 15-ə yaxın erməni hücum etdi”, - deyə Rusiya Azərbaycanlıları Birliyinin vitse-prezidenti Elnur Hüseynov bildirib.

Ermənilər restoranı tamamilə dağıdıblar. Pəncərələri, qabları, mebelləri sındırıblar, üzərlərində bıçaqlar olub. Hadisə ilə əlaqədar polis əməkdaşları 13 nəfəri saxlayıb.

Hüseynovun sözlərinə görə, ermənilər yalnız restorana hücum etməyiblər, həm də meyvə satan azərbaycanlıya zor tətbiq ediblər. Bundan başqa, qarpız və qovun satan azərbaycanlının məhsulunu dağıdıb, özünü isə döyüblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RusiyaAzərbaycanlılarıBirliyi  





Xəbər lenti