Kadırovun sanksiya qərarına Kremlin reaksiyası

 Kadırovun sanksiya qərarına Kremlin reaksiyası
  24 İyul 2020    Oxunub:4156
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət Departamentinin Çeçenistan rəhbəri Ramzan Kadırova və ailə üzvlərinə qarşı sanksiya tətbiq etməsinin xoşagəlməz hərəkət olduğunu bildirib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Peskov Çeçenistan rəhbərinin ABŞ-ın dövlət katibi Maykl Pompeonun bölgəyə gəlişini qadağan etməsindən danışarkən deyib.

"Bilirsiniz ki, bu məhdudiyyətlər təkcə Kadırovun özünə deyil, həm də onun ailəsinin üzvlərinə tətbiq edilib. Əlbəttə, izah etmək çox çətindir, özlüyündə son dərəcə dostcasına olmayan hərəkətdir. Təbii ki, bu, Rusiyanın regionlarından birinin rəhbərinin müqaviimətinə səbəb olur",-deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, iyulun 20-də ABŞ Dövlət Departamenti Kadırov və onun ailəsinə qarşı sanksiyaların tətbiq olunduğunu elan edib. Buna cavab olaraq Çeçenistan lideri Pompeonun bölgəyə gəlişini qadağan edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: DmitriPeskov  





Xəbər lenti