Polis narkotik alverçilərini ələ keçirdi

Polis narkotik alverçilərini ələ keçirdi
  24 İyul 2020    Oxunub:3156
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Şabran şəhər sakini C.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 333 qramdan artıq marixuana, tiryək və çətənə toxumları aşkar edilərək götürülüb.

Bundan başqa, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Qılıncaq kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Ruşan kənd sakini E.İsmayılov və Zərdab rayon sakini Z.Qazıyevin kultivasiya yolu ilə yetişdirdikləri, çəkisi 2,8 tondan artıq 2457 ədəd çətənə kolu və 6,1 kiloqram marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti