“AXCP mənəviyyatsızlıq edir” - Rəsul Quliyev

 “AXCP mənəviyyatsızlıq edir” - Rəsul Quliyev
  20 Yanvar 2014    Oxunub:1110
Açıq Cəmiyyət Partiyasının keçmiş lideri, eks-spiker Rəsul Quliyev AXCP-Müsavat qarşıdurmasına münasibət bildirərkən, cəbhəçiləri sərt şəkildə tənqid edib.

AzVision.az-ın SİA-ya istinadən verdiyi məlumata görə, Rəsul Quliyev bununla yanaşı, Milli Şuranın 16 yanvar sessiyasını və sessiyada Koordinasiya Şurasının yaradılmasını da kəskin hədəfə alıb.

"Açığı, Milli Şura haqqında nəsə yazmaqda heç bir əhəmiyyət görmürəm. Çünki qarşılarına nəyin bahasına olursa-olsun, ancaq müxalifət adlandırılmağa nail olmaq məqsədini qoyanları fikirlərindən döndərmək mümkün deyil" – deyən Quliyev Koordinasiya Şurasının yaradılmasına izyehzalı münasibət bildirib: " Çox təəssüflə qeyd etməliyəm ki, həmin Koordinasiya Şurasında konkret işlə məşğul olan, reallığı qiymətləndirə bilmək qabiliyyətlərinə inandığım və həmişə hörmətlə yanaşdığım bəzi insanlar da iştirak edirlər. 20 ildir camaata dəfələrlə Azərbaycan yeni mərhələyə qədəm qoydu kimi yalan vədlər vermək uzərində qurulmuş bu ‘’köhnə-yeni’’ təşkilat, əgər bu formatda qalarsa, 2015-ci və 2018-ci illərdə də eyni ariyanı eyni operadan oxuyacaq”.

R.Quliyev fikirlərini davam etdirərək AXCP-Müsavat qarşıdurmasından danışarkən AXCP-nin deyil, Müsavatın tərəfində dayandığını gilətməyib: "Mənim Müsavat Partiyasının liderlərinə münasibətimin neqativ olduğu bəllidir. Ancaq onlara qarşı belə geniş cəbhədə müharibə elan etmək, böhtan və yalan xarakterli materiallar vermək, ən azı mənəviyyatsızlıqdır. Xüsusilə, Əbülfəz Elçibəylə əlaqədar yalan materialların getməsi onun ruhuna xəyanət deyilmi? Elçibəy rəhmətə getməmişdən öncə mənimlə Vaşinqtonda görüşüb və bir neçə saat söhbət etmişik. Onun köməkçisi təsdiq edə bilər. O, mənə kimin özünü necə apardığını çox ətraflı danışıb, heç bir şey gizlətmədən. Bu belə də olmalı idi, çünki biz həm də dost idik. Mən bunları heç vaxt dilə gətirmirəm. Birincisi ona görə ki, rəhmətliklə söhbət konfidensial idi. İkincisi, cənablar, siz 20 ildə hökumətə toplam bu qədər hücum etməmişdiniz, nəinki bu iki ayda bir-birinizə”.

Eks-spiker yenidən AXCP və Müsavat liderlərinin siyasət arenasını tərk etməyi məsləhət görüb:"Azərbaycanda real müxalifətin yaranması və həqiqətən ölkənin yeni mərhələyə qədəm qoymasını istəyirsinizsə, səhnəni boşaldın, yeni qüvvələrin formalaşmasına mane olmayın. Amerikanın səfiri də öz açıqlamasında açıq tekstlə ölkədəki prosesi dəstəklədiklərini bildirdi. Yəni MŞ, Müsavat və başqa qurum və partiyalara münasibətləri eyni səviyyədədir və fərq qoymurlar.

Sizin köhnə və ya yeni mərhələdə nəsə konkret bir iş görəcəyinizə heç kim inanmır və bədbaxtçılıq ondadır ki, siz özünüz də inanmırsınız. Siz yeni mərhələlərinizlə hökumətdaxili müxalifətin də yaranmasına mane olursunuz.”


Teqlər:





Xəbər lenti