Kreml Kadırovun silahlı fotosuna münasibət bildirdi

Kreml Kadırovun silahlı fotosuna münasibət bildirdi
  21 İyul 2020    Oxunub:3299
Rusiyada silah sahibi olmaq hamı üçün eyni qanunla tənzimlənir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun silah arsenalındakı fotosunu şərh edərkən deyib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Kadırovun insan hüquqlarını pozan şəxslərin “qara siyahısı”na daxil edildiyini bildirib.

Buna cavab olaraq Çeçenistan rəhbəri silahlı fotosunu paylaşaraq deyib: "Döyüşü qəbul edirik! Daha maraqlı olacaq!" .

“Baxın, Rusiya Federasiyasında odlu silah saxlamağı ciddi şəkildə tənzimləyən qanun var. Əgər odlu silaha sahib olan şəxs Rusiya Federasiyasının vətəndaşıdırsa, bu qanunladırsa və qeydiyyata alınıbsa, silaha sahib olanın kimliyi vacib deyil. Bu, sadə vətəndaş da, qubernator da, prezident də ola bilər", - deyə Peskov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞDövlətDepartamenti  





Xəbər lenti