İsrailin-ın nüfuzlu nəşrində Ermənistan ifşa olundu

İsrailin-ın nüfuzlu nəşrində Ermənistan ifşa olundu
  21 İyul 2020    Oxunub:3991
İsrailin nüfuzlu “The Times of Israel” nəşrində Fransanın Montesquieu Universitetinin siyasi elmlər üzrə magistr məzunu, hazırda AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Səid Musayevin fransız dilində “Ermənistanla Azərbaycan arasında yenidən intensiv döyüşlərin başlaması: Nə üçün indi?” adlı məqaləsi dərc edilib.
Azvision.az xəbər verir ki, məqalədə dünyada Covid-19 pandemiyasının ağır nəticələrinin intensivləşdiyi bir zamanda Azərbaycanın Ermənistanla sərhəd bölgəsi olan Tovuz rayonunda Ermənistan ordusunun hərbi hücuma keçməsinin Azərbaycanın suverenliyinə qarşı törədilmiş təxribat olması qeyd olunur.

Baş verən hərbi təxribatı hüquqi aspekdə təhlil edən müəllif bildirib ki, işğalçı Ermənistan Azərbaycan Respublikasının sərhəd rayon və kəndlərində yaşayış yerlərində mülki şəxsləri hədəf almaqla beynəlxalq humanitar hüquq (Vyana Konvensiyaları) qarşısında üzərinə götürdüyü münaqişə zamanı hərbi olmayan obyektlərin və mülki şəxslərin hədəfə alınmaması öhdəliklərini kobud şəkildə pozub.

Onun fikrincə, baş nazir Nikol Paşinyanın inqilabi dəyişikliklərlə bağlı verdiyi vədləri həyata keçirə bilməməsi, nəticədə əhalinin ağır sosial-iqtisadi şəraitdə yaşaması onu Azərbaycana qarşı son hərbi təxribatı həyata keçirməyə vadar edib. Bu yolla ictimai nüfuzu zəifləyən Paşinyan hakimiyyəti əlində qoruyub saxlamağa çalışır.

Məqalədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Bütün məsuliyyət birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Bu cür hadisələr erməni hökmdarlarının riyakar və şərəfsiz fəaliyyətlərinə görə baş verir. Bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistan-Azərbaycan təmas xəttində atəşkəsin möhkəmləndirilməsinə kömək istəyirlər. Digər tərəfdən, hərbi təxribatlar törətməklə Ermənistan Azərbaycanın daha çox ərazilərinə hücum etmək, mövqelərimizi ələ keçirmək, mülki əhalini və kəndlərimizi atəşə tutmaq istəyir. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq.

S.Musayev vurğulayıb ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən strateji müttəfiqi Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı çirkin iddialar irəli sürməyə başlayıb. KTMT-nin baş katibi Yuri Xaçaturovun İrəvanda saxlanılması və Yerevanın KTMT-yə yeni baş katibin seçilməsini bir neçə aylıq əngəllənməsi ilə bağlı yaranan qalmaqalı xatırlatmaq kifayətdir.
Nikol Paşinyanın yalnız bir məqsəd güdür: Azərbaycanla münaqişədə KTMT-nin dəstəyini qazanmaq. Buna görə, Paşinyanın Ermənistan-Azərbaycan sərhədində hərbi toqquşmaların gücləndiyi bir vaxtda Kremlin dəstəyini qazanmaq üçün 16 iyul 2020-ci il tarixində Moskvaya təcili uçması əbəs yerə deyildi.

Nə KTMT-nin, nə də Rusiyanın Azərbaycanın özünümüdafiə məqsədilə Ermənistanın hərbi təxribatına qarşı verdiyi cavabı qınamaması, tərəfləri hərbi qarşıdurmanı dayandırmaqla bağlı çağırışı məhz Nikol Paşinyanın hazırladığı ssenarinin iflasa uğradığını göstərir.

Azərbaycanın Qoşulmama Hərəkatında liderliyinin, Covid-19 pandemiyasının qlobal nəticələrinin aradan qaldıırılması ilə bağlı kollektiv səylərin birləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 31-ci fövqəladə sessiyasının çağırılması ilə bağlı təşəbbüsünün İrəvanda böyük qısqanclıq yaratdığı məqalədə qeyd olunur.

Qeyd edək ki, “The Times of Israel” qəzeti İsrailin məşhur nəşrlərindən biridir. İngilis, fransız, ərəb dillərində İsrail, Yaxın Şərq və Yəhudi dünyası ilə bağlı gündəlik aktual xəbərləri yayımlayır.



Teqlər:





Xəbər lenti