BƏƏ-də koronavirus peyvəndinin 3-cü sınağı başlayıb

BƏƏ-də koronavirus peyvəndinin 3-cü sınağı başlayıb
  18 İyul 2020    Oxunub:3552
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yeni növ koronavirus infeksiyasına qarşı peyvəndin 3 sınaq fazasına start verilib.
BƏƏ-nin ölkəmizdəki səfirliyindən Azvision.az-a verilən məlumata görə, peyvənd 18-60 yaş arası könüllülər üçün mümkün olacaq.

Sınaqlar BƏƏ-nin G42 və "Sinopharm" şirkətləri arasında əməkdaşlığın nəticəsidir. Uğurlu olacağı təqdirdə, peyvənd 2020-ci ilin sonunda bazara çıxarıla bilər.

BƏƏ-də indiyədək 4 milyondan artıq COVİD-19 testi aparılıb ki, bu da dünyadan ən yüksək göstəricisidir - təxminən hər 2,5 nəfərə 1 test düşür. Yaxma yolu ilə götürülən testlərin nəticəsi bir neçə saata bilinir, habelə BƏƏ-də istehsal olunan lazer texnologiyaları testinin nəticəsi isə Dubay-Abu Dabi sərhəddində dərhal məlum olur.

Ölkədə son üç ay ərzində ilk dəfə olaraq 48 saat ərzində yeni ölüm halları qeydə alınmayıb.

BƏƏ-nin paytaxtında otellərin dolma nisbəti iyulun 1-dən bəri illik müqayisədə 3 faiz artıb və bu sektorun inkişafına yönəlmiş bir sıra təşəbbüslərin başlanması ilə daha da artacağı gözlənilir.

BƏƏ Qazaxıstan, Meksika və Burkina Fasoya COVID-19 yardımı göndərib. Beləliklə, BƏƏ 73 ölkəyə 1000 tondan çox COVID-19 yardımı çatdırıb.

COVID-19 pandemiyası ilə əlaqədar ölkədə başladılan repatriasiya reysləri ilə 320 mindən çox insan vətənlərinə qayıdıb.

"Etihad" sərnişinlər üçün evdə test vermələri xidmətini həyata keçirməyə başlayıb. Tibb işçiləri sərnişinləri evlərində test edərək nəticələri onlara 24 saat ərzində çatdıracaqlar. Xidmət məcburi deyil.

BƏƏ hökümətini post-pandemiya dövrünə yüksək hazırlaması üçün nazirlik və idarələrdə aparılan dəyişikliklərdən sonra çağrılmış yeni Nazirlər Kabineti şənbə günü and içib.

Son məlumatlara görə, BƏƏ-də koronavirus infeksiyasına yoluxanların ümumi sayı 56 422 nəfərdir, ümumilikdə 48 448 nəfər virusdan sağalıb, 335 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19pandemiyası  





Xəbər lenti