MN: “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var”

      MN:    “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var”
  16 İyul 2020    Oxunub:4365
“Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz pulunu boş yerə xərcləməyəcək”.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dargahlı Azərbaycan Ordusuna məxsus döyüş pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Tavuş vilayətinin Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığı barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı şərh edərkən deyib.

“Birincisi, əvvəllər dediyim kimi, heç vaxt yaşayış məntəqələrini atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var, məsələn, Ermənistan ordusunun mövqeləri. Biz də elə bunu edirik”, - deyə V.Dərgahlı qeyd edib.

Azvision.az


Teqlər: MN   PUA  





Xəbər lenti