İran ikinci dalğadan sonra ciddi problemlə üzləşdi

İran ikinci dalğadan sonra ciddi problemlə üzləşdi
  16 İyul 2020    Oxunub:3168
İranda yeni növ koronavirusun ikinci dalğası zamanı ölkədə çarpayı və tibb işçiləri çatışmazlığı yaşanıb.
Azvision.az xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə qərargah rəhbərinin müavini Rza Cəlili Xoşnud bildirib.

"İki çətinliklə qarşılaşdıq - xəstəxanalarda çarpayı və tibb işçilərinin çatışmazlığı", - özü də koronavirusa yoluxan Xoşnud deyib.

İran rəsmisi əlavə edib ki, həkim çatışmazlığı onların və ya yaxınlarının özlərinin də çox vaxt koronavirusa yoluxması ilə nəticələnib.

COVID-19 qərargahının üzvü İranda xəstəliyin yayılmasının ikinci dalğasının birincisindən daha ciddi olduğunu qeyd edib.

Xatırladaq ki, Prezident Həsən Ruhani bir neçə gün əvvəl ölkədə koronavirusun ikinci dalğasının başlandığını bəyan edib.

Məlumat üçün bildirək ki, İranda indiyədək 267 061 nəfər koronavirusa yoluxub, 13 608 xəstə vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: PrezidentHəsənRuhani  





Xəbər lenti