Ermənistan ordusuna əlillərin səfərbərliyi başlayıb

   Ermənistan ordusuna əlillərin səfərbərliyi başlayıb
  16 İyul 2020    Oxunub:3388
"Bu günlərdə Azərbaycanla sərhəddə apardığı döyüşlərdə erməni ordusunun canlı qüvvədə böyük itkilər verməsi Ermənistan Müdafiə Nazirliyini silahla azacıq da olsa davrana bilən hər kəsi silah altına qoymağa məcbur edir".
Bunu Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Əldə olunan məlumata görə, Ermənistan ordusunun rəhbərliyi keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edir. Bu o deməkdir ki, sərhəddə düşmənin şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb ki, həmin boşluqları o, canlı, lakin artıq "tullantı" materialı ilə yamaq etməyə çalışır", - deyə V.Dərgahlı bildirib.

Azvision.az


Teqlər: MN   Vaqif-Dərgahlı  





Xəbər lenti