“Ermənilər qurduqları pusquya düşüb boğulacaq” - Hulusi Akar

“Ermənilər qurduqları pusquya düşüb boğulacaq” -  Hulusi Akar
  16 İyul 2020    Oxunub:4809
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovu rəhbərlik etdiyi nümayəndə heyəti ilə qəbul edib.
Azvision.az “Anadolu"ya istinadən xəbər verir ki, görüşdə Baş Qərargah rəsisi, general Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hava Qüvvələri komandiri general Hasan Küçükakyüz və Dəniz Qüvvələri komandiri admiral Adnan Özbal da iştirak edib.

Akar deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə, özü isə Müdafiə naziri Zakir Həsənovla danışıb və baş verənləri yaxından izləyirlər.

Bu hadisələrlə bağlı edilməli olan nə varsa edəcəklərini deyən Akar, Tovuz bölgəsinə hücumu qəti şəkildə pisləyib.

“Azərbaycan türkünün ağrısı bizim ağrımızdır. Hamınızın bilməyinizi istərdim ki, orda yaşadığınız hər hansı bir sıxıntını burda çox dərin şəkildə hiss edirik.

Döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbçilərinə Allahdan rəhmət, yaralılara təcili şəfa diləyirik. Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Onların qanının yerdə qalmayacağına əmin olduğumuzu ifadə edirik. Hər platformada Dağlıq Qarabağın işğalının qəbuledilməz olduğunu söylədik. Bu mücadilədə azərbaycanlı qardaşlarımızın yanındayıq”.

Akar əlavə edib ki, Prezident Ərdoğanın ilk andan dediyi kimi, bu, həqiqətən ermənilərin boyunu aşan bir cəhdir.

“Özləri qurduqları pusquya düşüb, boğulacaqlar, etdiklərinin mütləq əvəzini ödəyəcəklər".

Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq, birliyin çox əhəmiyyətli olduğunu vurğulayan Akar, "bundan əvvəl azərbaycanlı qardaşlarımızın yanında olduğumuz kimi, bundan sonra da olmaqda davam edəcəyik. Hər cür hücumlara qarşı azərbaycanlı qardaşımızla bərabərik.

Biz Türkiyə dövləti, Silahlı Qüvvələri olaraq, nə etməyimiz lazımdırsa, bundan sonra da edəcəyik. Heç kim buna şübhəsi olmasın".






Pərvanə Sultanova
Azvision.az


Teqlər: AzərbaycanSilahlıQüvvələri  





Xəbər lenti