Prezidentin köməkçisi: “Ermənistanın niyyəti ifşa edildi”

  Prezidentin köməkçisi:  “Ermənistanın niyyəti ifşa edildi”
  16 İyul 2020    Oxunub:3486
"Tovuzdakı təxribat Ermənistanın Azərbaycana qarşı çirkin əməlidir".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın çirkin əməlləri barədə BMT, Qoşulmama Hərəkatı, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilib.

“Türkiyə tərəfindən məsələyə dərhal reaksiya verilib, Türkdili Dövlətlərin Əməkdaşlıq Təşilatı, İran, Səudiyyə Ərəbistanından da dəstək gəlib. Ermənistanın hərbi təcavüzünə ATƏT-in Minsk Qrupu tərəfindən konkret münasibət bildirilməlidir. Təəssüf ki, biz yenə də standart cavabları alırıq".

H.Hacıyev bildirib ki, Ermənistan bu hadisənin məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyir: "Cənab Prezident İlham Əliyevin vaxtında atdığı addımlar nəticəsində Ermənistanın niyyəti ifşa edildi. Ermənilər itkilərini gizlədir. Bu əməllər beynəlxalq ictimaiyyət tərəfindən izlənilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Tovuz   Döyüş  





Xəbər lenti