Arzu Rəhimovdan səfərbərliklə bağlı açıqlama: “Gənclərin axını başlayıb”

Arzu Rəhimovdan səfərbərliklə bağlı açıqlama:  “Gənclərin axını başlayıb”
  16 İyul 2020    Oxunub:7154
Biz vətəndaşlarımıza Azərbaycan Respublikasının qanunvericiliyini izah etmişik və bildirmişik ki, lazım olan halda, zərurət yarandıqda təlimatları olan hərbi vəzifəlilər çağrılaraq müxtəlif hərbi hissələrə göndərilə bilərlər.
Azvision.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hələ də bir çox şəxslər qeydiyyata alınmamaqla bağlı fikirlər bildirirlər.

“Hərbi vəzifəlilər və yaxud digər kateqoriyada olan Azərbaycan vətəndaşlarının hamısı bizdə qeydiyyatda var. Prezident İlham Əliyevin tapşırığı və çıxışından sonra bizim xidmətin yerli idarə bölmələrinə gənclərimizin axını başlayıb. Mən göstəriş verdim, onların rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçirdik”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti