Rusiyada daha 167 nəfər koronavirusdan öldü

  16 İyul 2020    Oxunub : 2408
Rusiyada daha 167 nəfər koronavirusdan öldü
Rusiyada son sutka ərzində daha 6428 nəfər koronavirus infeksiyasına yoluxub, bununla ölkə üzrə ümumi yoluxma sayı 752 min 797-yə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gündə virusdan 167 nəfər ölüb.

Rusiyada pandemiya qurbanlarının sayı 11 min 937 nəfərdir. İndiyədək 531 min 692 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya