Ermənistanın 20-dən çox hərbçisi yaralandı

Ermənistanın 20-dən çox hərbçisi yaralandı
  16 İyul 2020    Oxunub:4762
Ermənistan ordusunun 20-dən çox hərbçisi yaralanıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Böhran Məlumat Mərkəzinin koordinatoru Artsrun Ovannisyan deyib. Onun sözlərinə görə, 12 iyul tarixindən bəri sərhəddə hərbi əməliyyatlar zamanı erməni tərəfində iki polis əməkdaşı da daxil olmaqla, onlarla hərbçi yaralanıb.
Hazırda tibbi müalicə müəssisələrinə yerləşdirilən erməni hərbçilərinin bir çoxunun vəziyyəti ağırdır.

Xatırladaq ki, Ermənistan hakimiyyəti hər vəchlə itkilərini gizlətməyə çalışır. İndiyədək 4 hərbçinin ölməsi xəbərini təsdiqləyib. Lakin ölən və yaralı sayının onlarla olduğu məlumdur. Bu barədə ermənilər özləri sosial şəbəkələrdə paylaşım edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Hərbçi   Yaralı  





Xəbər lenti