Tovuz istiqamətində yenidən döyüşlər gedir

 Tovuz istiqamətində yenidən döyüşlər gedir
  16 İyul 2020    Oxunub:4885
İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.
Azərbaycan Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub.

Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: MN   Atəşkəs  





Xəbər lenti