TƏBİB: 67 xəstə süni tənəffüs cihazındadır
Bildirilib ki, son sutkada koronavirusa görə 8312 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 592 min 778-ə çatıb.
Reanimasiyada olan xəstə sayı 347, süni tənəffüs cihazında olan xəstə sayı 67-dir.
İndiyədək ölkədə ümumilikdə 25 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azvision.az
Teqlər: TƏBİB Koronavirus