Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb
  16 İyul 2020    Oxunub:3142
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 947 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5419, virusa yoluxanlar isə 215 min 940 nəfərə çatıb.

Türkiyədə indiyədək 197 min 733 xəstə (son sutkada 1013 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti