Koronavirus xəstələrinin müalicəsinə xərclənən vəsait açıqlandı

   Koronavirus xəstələrinin müalicəsinə xərclənən vəsait açıqlandı
  16 İyul 2020    Oxunub:3454
Koronavirus pandemiyasının qarşısının alınması və onunla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrılıb.
Azvision.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Baş Nazir, həmçinin qeyd edib ki, koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə də müəyyən edilib.

Azvision.az


Teqlər: Baş-Nazir  





Xəbər lenti