“Google”nin 10 milyard dollarlıq planı

  15 İyul 2020    Oxunub : 3017
“Google”nin 10 milyard dollarlıq planı
"Google" Silikon Vadisi şirkətlərinin dünyanın ən sürətlə böyüyən internet bazarlarından birində mövqe tutması üçün yaxın illərdə Hindistana infrastruktur və kapital sərmayəsi də daxil olmaqla, 10 milyard dollar sərmayə yatırmağı planlaşdırdığını açıqlayıb.
Azvision.az "Financial Times"ə istinadən xəbər verir ki, "Google" və ana şirkət "Alphabet"in baş icraçı direktoru Sundar Piçai Hindistanın Baş Naziri Narendra Modi ilə danışdıqdan sonra planı açıqlayıb. Modi koronavirus pandemiyası dövründə yeni iş praktikası, eləcə də onlayn təhlükəsizlik məsələlələrinin müzakirə edildiyi görüşü son dərəcə məhsuldar adlandırıb.

"Bu, Hindistanın gələcəyinə və rəqəmsal iqtisadiyyatımıza inamımızın təzahürüdür", - deyə Piçai onlayn tədbirdə bildirib.

Konkret detalları açıqlanmayan planın növbəti 5-7 il ərzində tətbiq edilməsi nəzərdə tutulur.

Hindistan ABŞ-a məxsus internet xidmətlərində standart hala gəlməkdə olan şifrələmə üsulundan hökumət nəzarətinin üstün olmasında təkid edərək “Big Tech” oligopoliyasının yerli gücünü məhdudlaşdırmağa çalışıb. Yerli antiinhisar təhqiqatı ilə üzləşən "Amazon"un baş icraçı direktoru Ceff Bezos bu ilin əvvəlində Hindistana səfər edərək 1 milyard dollarlıq investisiya və sonrakı beş il ərzində ölkəyə 10 milyard dollarlıq ixrac satışını dəstəkləməyi vəd edib.

"Google"un vədi, rəqib "Facebook"un bir sıra rəqəmsal xidmətlər başladan Hindistanın sürətlə inkişaf edən “Jio Platforms” telekommunikasiya şirkətinə 5.7 milyard dollar sərmayə yatırmasından üç ay sonra baş verib.

1,3 milyard əhalisi olan Hindistan son illərdə yüz milyonlarla hindistanlının smartfonlardan istifadə etməyə və internetə çıxışa başlamasından sonra dünya miqyasında texnoloji şirkətlər üçün ən böyük imkanlardan birini təqdim edir. Şirkətin rəqəmsal ödənişlər xidməti olan “Google Pay,” 2017-ci ildə Hindistanda istifadəyə verildikdən sonra sürətlə inkişaf etməyə başlayıb.

"Google" və digər ABŞ-da yerləşən investorların Hindistana artan marağı, Hindistan-Çin sərhədindəki gərginlik səbəbindən xarici sərmayənin digər böyük mənbəyi olan Cənubi Asiya ölkəsi Çindən olan sərmayəçilər üçün yolların bağlanması ilə əlaqədardır.

"Tencent” və “Alibaba” kimi Çin nəhəngləri ölkənin girişimci kapital şirkətləri ilə birlikdə Hindistan texnologiyasının ən böyük sərmayəçilərindəndir.

Ancaq Hindistan aprel ayında xarici investisiya qaydalarını dəyişdirərək, bütün Çin investorları üçün hökumətin icazəsi tələbini irəli sürdü. Ötən ay Himalay sərhəddində baş verən ağır toqquşmadan sonra gərginliyin kəskin artması hakimiyyəti “TikTok”-a məxsus “ByteDance” da daxil olmaqla 59 Çin tətbiqetməsini qadağan etməyə məcbur etdi.

İndi dünyanın ikinci ən böyük mobil bazarı olan Hindistana giriş, Hindistan Çin üçün bağlandığından və keçən ay yeni təhlükəsizlik qanununun qəbul edilməsindən sonra Honkonqda fəaliyyətinin daha böyük çətinliklə üzləşdiyi "Google" üçün xüsusilə vacibdir.
Hindistanın elektronika və informasiya texnologiyaları naziri Ravi Şankar Prasad deyib ki, "Google Hindistanın rəqəmsal transformasiyasına kifayət qədər böyük miqdarda investisiya qoymağa çalışaraq vəziyyətə uğurla cavab verir. "Məmnunam ki, "Google" Hindistanın rəqəmsal yeniliyini və çoxlu fürsətlər yaratmaq imkanını tanıyır."

Pərvanə Sultanova
Azvision.az

Teqlər: TikTok