“Döyüşün dayandırılması üçün hər şey edəcəyik” - Matviyenko

  15 İyul 2020    Oxunub : 3965
“Döyüşün dayandırılması üçün hər şey edəcəyik” -  Matviyenko
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan və Azərbaycanı son günlər sərhəddə yaşanan problemi danışıqlar yolu ilə həll etməyə çağırıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Matviyenko Rusiyanın Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsindən çox narahat olduğunu və eskalasiyanın qarşısını almaq üçün hər şeyi edəcəyini söyləyib.

"Bu vəziyyət bizi çox narahat edir. Gərginliyin artması, hərbi əməliyyatların dayandırılması üçün hər şeyi edəcəyik. Bundan sonra da danışıqlar prosesi çərçivəsində qarşılıqlı məqbul həll yollarını tapmağa çalışacağıq. Vəziyyət həqiqətən çox narahatedicidir”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Sərhəd   Döyüş