Türkiyə ilə Rusiya arasında uçuşlar bərpa edilir

Türkiyə ilə Rusiya arasında uçuşlar bərpa edilir
  15 İyul 2020    Oxunub:3222
Türkiyə və Rusiya uçuşların bərpa olunmasına dair razılığa gəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova iyulun 15-dən etibarən xaricə uçuşlara qoyulan məhdudiyyətlərin tədricən aradan qaldırılacağını bildirmişdi.

Onun sözlərinə görə, koronavirusun hər yüz min nəfərə 40 yoluxma halından çox olmadığı ölkələrlə hava əlaqəsi bərpa ediləcək.

Xatırladaq ki, martın 27-dən etibarən Rusiya koronavirus pandemiyası səbəbindən digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. İstisnalar yalnız xaricdən rusların gətirilməsi, yük, sanitar, poçt və digər uçuşlardır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: TürkiyəninNəqliyyatvəİnfrastrukturNazirliyi  





Xəbər lenti