Ermənistanın 10 hərbçisi ağır yaralandı

 Ermənistanın 10 hərbçisi ağır yaralandı
  15 İyul 2020    Oxunub:4506
Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərdə yaralanmış bir erməni əsgərin vəziyyəti son dərəcə ağırdır.
Azvision.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan deyib.

Onun sözlərinə görə, hazırda müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 hərbçi var: "Bir əsgərin vəziyyəti çox ağırdır. Beşinin vəziyyəti isə orta-ağırdır”.

Qeyd edək ki, işğalçı ordu Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ağır itkilər versə də, bunu mümkün qədər gizlətməyə çaşılır. İndiyədək yalnız 4 hərbçinin öldüyünü etiraf ediblər. Azərbaycanın Müdafiə Nazirliyi isə düşmənin 100-ə yaxın itki verdiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti