Trampdan Avropa İttifaqı ilə bağlı qalmaqallı sözlər

Trampdan Avropa İttifaqı ilə bağlı qalmaqallı sözlər
  15 İyul 2020    Oxunub:2305
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının Amerika dövlətini istismar etmək üçün yaradıldığını bəyan edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında Tramp ABŞ-ın Çin və dünyanın bir çox ölkəsi ilə rəqabət apardığını xatırladıb.

Onun sözlərinə görə, Aİ də ABŞ-a heç vaxt yaxşı münasibət göstərməyib.

“Avropa İttifaqı ABŞ-dan yararlanmaq üçün yaradılıb. Bu qurum yaradıldı və ABŞ-dan istifadə edirlər. Mən bunu bilirəm, onlar bunu bildiyimi bilirlər”, - deyə Tramp əlavə edib.

Eyni zamanda, Ağ Ev rəhbəri konkret misallar gətirməyib, bunun ardınca isə ABŞ-ın Avropa ölkələri ilə “əla münasibətlərə” malik olduğunu vurğulayıb. Trampın fikrincə, onilliklər boyu dövlətlərə qarşı, xüsusən ticarətlə bağlı haqsızlıq olub.

"Bunu həll etmək çox asandır və mən həll etməyə hazır idim, amma sonra pandemiya bizə zərbə vurdu”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı  





Xəbər lenti