Şəhid polkovnikin oğlu: “Atamla fəxr edirəm” - VİDEO

   Şəhid polkovnikin oğlu:  “Atamla fəxr edirəm” -    VİDEO
  15 İyul 2020    Oxunub:21414
Polkovnik, artilleriya komandiri şəhid İlqar Mirzəyevin cənazəsi Bakıya gətirilib. Onun nəşi paytaxtın Xətai rayonunda yerləşən ata ocağına aparılıb. Şəhidimizin cənazəsi böyük coşqu ilə qarşılanıb.
Azvision.az xəbər verir ki, ''Xəzər Xəbər''ə müsahibə verən şəhid komandirin oğlu atası ilə fəxr etdiyini və onun yolu ilə gedəcəyini deyib.

“Onun yolu ilə gedəcəyəm. Düzdür, məni evdən heç vaxt qoymurdular. Özü də bəzən imkan verməzdi ki, onun yolu ilə gedim. Amma mən qərara almışdım, bilirdim. Mənim burada boynu bükük olmağıma baxmayın. Mən bu yaşıma qədər həmişə atamla fəxr etmişəm, indi də fəxr edirəm. Şəhidlik hər adama qismət olmur. Onun adını da, şanını da həmişə uca tutacağam”.

Şəhidimiz sabah dəfn ediləcək.



Qeyd edək ki, artilleriya komadiri İlqar Mirzəyev iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olub.

Azvision.az


Teqlər: Şəhid   Polkovnik  





Xəbər lenti