TÜRKPA-nın Baş katibi Ermənistanın təxribatını qınadı

TÜRKPA-nın Baş katibi Ermənistanın təxribatını qınadı
  15 İyul 2020    Oxunub:2997
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov mülki şəxslərin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayır.
Azvision.az -ın məlumatına görə, Baş katib qeyd edib ki, TÜRKPA-nın bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi, Parlament Assambleyasının üzv ölkələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.

Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələri üzvlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azvision.az


Teqlər: TÜRKPA  





Xəbər lenti