Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı - SİYAHI

Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı  -  SİYAHI
  14 İyul 2020    Oxunub:7367
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində şiddətli döyüşlər davam edib.

Azvision.az xəbər verir ki, bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin sözlərinə görə, döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.

Bundan əlavə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:

Polkovnik Mirzəyev İlqar Anzor oğlu

Mayor Əhmədov Namiq Hajan oğlu

Mayor Novruzov Anar Gülverdi oğlu

Gizir Zeynallı İlqar Ayaz oğlu

Gizir Babayev Yaşar Vasif oğlu

Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüzünlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   Tovuz   Təxribat   Şəhid  





Xəbər lenti