“Düşmən həm bizi, həm də KTMT-nı təxribata çəkmək istəyir”

  14 İyul 2020    Oxunub : 3015
 “Düşmən həm bizi, həm də KTMT-nı təxribata çəkmək istəyir”
Ermənistan Azərbaycanla dövlət sərhədində, Tovuz istiqamətində böyük təxribat törədib. Onların cəbhə bölgəsində deyil, dövlət sərhədində təxribat törətməsinin bir neçə səbəbi var. Bilirlər ki, cəbhə xəttində belə əməliyyat olsa, ordumuz Lələtəpədəki kimi onları darmadağan edəcək və ərazilərimizi azad edəcək.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi belə təxribatla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini çəkmək istəyir.

"Təşkilatın üzvü kimi hər hansı dövlət sərhədi pozularsa, həmin dövlətə kömək edilməlidir. Ermənistan bu təxribatı ilə istəyir ki, Azərbaycan ordusu onların bir neçə kəndinə daxil olsun və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım istəsin, silah-sursat alsın. Onlar həm bizi, həm də KTMT-nı təxribata çəkmək istəyirdi. Lakin onların müraciətinə KTMT tərəfindən müsbət reaksiya verilmədi".

Deputat bildirib ki, Ermənistan hakimiyyəti daxildə olan problemlərdən insanların fikrini yayındırmaq üçün mütəmadi olaraq təxribata əl atır.

"Ermənistanda sosial-iqtisadi vəziyyət ağırdır. İnsanların başını qatışdırmaq, mitinq olmaması üçün belə yollara əl atırlar. Lakin orada əsgər anaları ayağa qalxıb. Ermənilər ölən və yaralıların sayını gizlədirlər. Ölü və yaralı haqqında məlumat verən saytlardan həmin informasiyaları dərhal çıxarırlar və təkzib etdirirlər. Ölənləri isə başqa yollarla üzə çıxaracaqlar. 3 gün keçəndən sonra "maşın qəzaya düşdü, 3 əsgər öldü", "əsgər əsgəri öldürdü" kimi informasiyalar yayacaqlar. Onlar bir ayın belə yolla üzə çıxaracaqlar. Orada təkcə Ermənistan əhalisi deyil, Dağlıq Qarabağdan gələnlər, xarici ölkələrdən gələn muzdlular var ki, onların ölümlərini gizləmək rahatdır. Çünki axtaranları olmayacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Azərbaycan   Ermənistan   Tovuz   Təxribat