“Ermənistanı ağır məğlubiyyət və cəza gözləyir” - Komitə sədri
Deputat Ermənistanın panika içərisində olduğunu bildirib: “Paşinyan hökuməti ələ keçirəndən bu ölkədə yaranan xaos getdikcə dərinləşir və artıq idarə olunmaz vəziyyətdədir.
Koronavirus pandemiyası onsuz da dilənçi kökündə yaşayan düşmən ölkəni iflic olmaq vəziyyətinə gətirib çıxarıb. Paşinyan iqtidarına siyasi və hərbi müxalifətdə dayanan qüvvələrin aktiv şəkildə birləşərək fəallaşması, onsuz da sabit siyasi xətti və mövqeyi olmayan baş naziri çətin duruma salıb. Azərbaycan Ordusunun güclənməsi və xüsusi ilə cənab Prezident İlham Əliyevin Soçidə, Aşqabadda, Münxendə öz parlaq nitqləri və dəqiq diplomatik gedişləri ilə erməni siyasətini və şəxsən Paşinyanı yerlə bir etməsi işğalçı Ermənistanı fiaskoya uğratdı.
İndi suda boğulan saman çöpündən yapışdığı kimi öz zibilində boğulan Nikol daxildə günbəgün artan narazılığın ağırlıq mərkəzini cəbhə xəttinə yönəltməklə diqqəti problemlərdən yayındırmağa, Azərbaycanın hücumuna qarşı milli birlik və etimad çağrışları etməklə başı üstündə çaxmaqda olan ildırımlardan qorunmağa çalışır”.
M.Quliyevin sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzunun gündən- günə yüksəlməsi ermənilərin kürkünə birə salıb: “COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın Prezidenti cənab İlham Əliyevin dünya miqyasında dəstəklənən fəal mövqeyi, BMT ilə sıx əməkdaşlığımız, Azərbaycanın təşəbbüsü ilə koronavirusla mübarizədə beynəlxalq tədbirlərin keçirilməsi, xüsusi ilə COVID-19 ilə mübarizəyə həsr olunmuş BMT- nin xüsusi sessiyasının çağırılması barədə cənab İlham Əliyevin müraciətinin dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi düşmən ölkənin miskin durumunu daha da aCınacaqlı vəziyyətə salıb. Məhz cəbhədə təxribat bu səbəbdən Ermənistana lazım olub.
Digər tərəfdən Ermənistanın xarici işlər naziri KTMT-nın baş katibinə zəng vuraraq Azərbaycanın hücumundan Ermənistanı müdafiə etməsini istəyib. Bununla erməni iqtidarı bir tərəfdən təxribatı qarşı tərəfin üzərinə qoymağa, digər tərəfdən isə danışıqları daha da uzatmağa vaxt qazanmaq niyyəti güdür. Bəli, özlərini yazıq göstərmək və hər kəsdən yardım dilənmək bu toplumun köhnə xasiyyətidir. Bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alan Milli Ordumuz bütün göstəricilərinə görə, erməniləri dəfələrlə üstələyir.
Hər dəfə Azərbaycan Ordusunun ağır zərbəsini görən Ermənistan kötək dəymiş küçük kimi zingildəyərək qaçıb sahibinin "sapoqunu" yaladığı kimi, yenə də kənar güclərin himayəsinə sığınacağını düşünür. Amma Milli Ordumuzun gücü, qəhrəman oğullarımızın vətənpərvərlik ruhu qarşısında heç bir düşmən qüvvəsi dayana bilməyəcəkdir. İşğalçı Ermənistanı ağır məğlubiyyət və cəza gözləyir”.
Azvision.az
Teqlər: Musa-Quliyev Deputat