Ermənilərin hərbi obyektləri darmadağın edildi, düşmən 20-dən çox itki verdi - VİDEO

Ermənilərin hərbi obyektləri darmadağın edildi, düşmən 20-dən çox itki verdi -  VİDEO
  14 İyul 2020    Oxunub:16664
Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.
Bu barədə Azvision.az -a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.



Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Düşmən  





Xəbər lenti