“İşğalçı Ermənistanın məkrli niyyəti baş tutmadı” - Sahibə Qafarova

 “İşğalçı Ermənistanın məkrli niyyəti baş tutmadı” -    Sahibə Qafarova
  14 İyul 2020    Oxunub:3724
İşğalçı Ermənistan ordusunun məkrli niyyəti baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını qətiyyətlə aldı və bir daha sübut etdi ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədləri toxunulmazdır və müzakirə mövzusu deyil.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova "Facebook" səhifəsində yazıb.

Spiker Tovuz rayonu istiqamətində baş vermiş erməni təxribatı ilə bağlı paylaşımda qeyd edib ki, Azərbaycan əsgəri öz şücaəti ilə düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir.

"Vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr, yaralananlara şəfa diləyirəm”.

Azvision.az


Teqlər: SahibəQafarova  





Xəbər lenti