Leysan yağışlar selə səbəb oldu - Faktiki hava

  13 İyul 2020    Oxunub : 2893
   Leysan yağışlar selə səbəb oldu -    Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin iyulun 13-ü saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Naxçıvan, Balakən, Qusarda şimşək çaxıb, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Qrız, Şahdağ, Xınalıqda şimşək çaxıb, yağış yağıb.
Xidmətdən Azvision.az -a bildirilib ki, Yuxarı-Ağcakənd ərazisində saat 16:45-17:25 radələrində leysan xarakterli yağış yağıb, Görançaydan sel keçib.

Qərb bölgəsində dağlıq rayonlara yağan leysan yağış nəticəsində Şəmkir Mansırlıdan təxminən 2 km aşagıda saat 13:40 radələrində sel hadisəsi baş verib.

Əsrikçay Ədrikçırdaxamda isə saat 15:36 radələrində sel hadisəsi yaranıb.

Azvision.az

Teqlər: Hava   Leysan   Yağış   Sel