Həmsədrlər sərhəddəki döyüşlə bağlı bəyanat yaydı

 Həmsədrlər sərhəddəki döyüşlə bağlı bəyanat yaydı
  13 İyul 2020    Oxunub:3686
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi toqquşmalarla bağlı bəyanat yayıb.
Azvision.az -ın məlumatına görə, bəyanatda həmsədrlər atəşkəsin pozulmasından narahatlığını ifadə edib, gərginliyin daha da artmaması üçün tərəfləri birbaşa rabitə kanallarından istifadə etməyə və zəruri addımlar atmağa çağırıb.

Bundan əlavə, Minsk qrupu həmsədrləri tərəfləri ən qısa zamanda danışıqları bərpa etməyə səsləyib.

Azvision.az


Teqlər: ATƏT   Bəyanat  





Xəbər lenti