MN: Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur

    MN:  Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur
  13 İyul 2020    Oxunub:3904
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “Facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı məlumata münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az-a verilən açıqlamada qeyd olunub ki, həmin məlumat həqiqəti əks etdirmir:

“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti