Düşmən ölü sayını gizlədir, yaralıların olduğunu deyir

 Düşmən ölü sayını gizlədir, yaralıların olduğunu deyir
  13 İyul 2020    Oxunub:2636
Ermənistan ordusunun üç hərbçisi yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan deyib.

Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Bundan əvvəl isə iki polisin yaralandığı barədə məlumat verilib.

Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlar isə Ermənistanın itkilərinin çox olduğunu, bunun rəsmi qurumlar tərəfindən gizlədildiyini göstərir. Rəsmi İrəvan yalnız yaralıların olduğunu açıqlamaqla vəziyyətdən çıxmağa çalışır.

Qeyd edək ki, ötən gün Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribat cəhdinin qarşısı alınıb. Bundan sonra başlayan ağır döyüşlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirib, qarşı tərəf itkilər verib. Hazırda əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarətindədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tavuş  





Xəbər lenti