Ərdoğan Putinlə telefonla danışdı

Ərdoğan Putinlə telefonla danışdı
  13 İyul 2020    Oxunub:3463
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Azvision.az xəbər verir ki, ölkə başçıları iqtisadi əməkdaşlığı, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

"Prezidentimizin rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığı edib. Tərəflər ilk növbədə iqtisadi məsələləri, ikitərəfli əlaqələrin genişləndirilməsi addımlarını, həmçinin koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hər iki ölkənin lideri Liviya və Suriyadakı vəziyyəti qiymətləndirib, eləcə də digərlər regional məsələlərə toxunublar",- deyə Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti