115 həkim Kubadan Azərbaycana gəldi

 115 həkim Kubadan Azərbaycana gəldi
  13 İyul 2020    Oxunub:3581
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar bir qrup həkim Kubadan Azərbaycana gəlib.
Azvision.az -ın məlumatına görə, 115 kubalı tibb mütəxəssisi artıq Bakıdadır. Həkimləri gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Qeyd edək ki, onlar Azərbaycanda tibb işçiləri ilə məsləhətləşmələr aparacaq, problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə kömək edəcək, epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı təcrübələrini bölüşəcəklər.

Azvision.az


Teqlər: Kuba   Həkim  





Xəbər lenti