Rusiya XİN: Kömək göstərməyə hazırıq

 Rusiya XİN:  Kömək göstərməyə hazırıq
  13 İyul 2020    Oxunub:4078
Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən ciddi narahatlığını ifadə edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur. Ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk.

Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - deyə bəyanatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   XİN   Sərhəd  





Xəbər lenti