Kamal Cəfərov: “Şəhidlərimizin qisası alınıb”

  Kamal Cəfərov:  “Şəhidlərimizin qisası alınıb”
  13 İyul 2020    Oxunub:4556
"İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar, mövqelərimizi atəşə tutublar".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

"Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr diləyirəm. İstəyirəm bilsinlər ki, mən də onların bir övladıyam, həmişə onların qulluğunda hazıram. Gecə döyüşlərində isə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası alınıbdır. Lakin düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir. Hazırda Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.

Hesab edirəm ki, Ermənistan rəhbərliyi bu təxribatı törtəməklə hazırda COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq istəyir. Dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan isə bu cür təxribatlara əl atır. Məqsədləri aydındır. Lakin beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur".

Azvision.az


Teqlər: Deputat   Kamal-Cəfərov  





Xəbər lenti