“Hazırda 650 nəfər ağır vəziyyətdədir” - Erməni nazir

  13 İyul 2020    Oxunub : 11187
“Hazırda 650 nəfər ağır vəziyyətdədir” -  Erməni nazir
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artmaqdadır. Hazırda 650 nəfər kritik vəziyyətdədir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, 43 xəstə ventilyasiya aparatına qoşulub.

Bundan əlavə, Torosyan iyun ayının ortalarında stasionar müalicə ala bilməyən xəstələrin sayının 300 nəfər olduğunu vurğulayıb və əlavə edib ki, son günlər yoluxma sayında nisbətən azalmanın qeydə alınması testlərinin sayının az olması ilə əlaqədardır.

Xatırladaq ki, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 32151 nəfərdən çoxdur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan