“Ordumuzun gücünə, qüdrətinə güvənirik” - Xalq artisti

 “Ordumuzun gücünə, qüdrətinə güvənirik” -  Xalq artisti
  13 İyul 2020    Oxunub:3588
"Dünən gecə səhərə qədər yatmamışam. Erməni kimdir ki, gəlib sərhədə hücum edir?".
Bunu Azvision.az -a Xalq artisti Ramiz Məlik Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdən danışarkən bildirib.

Aktyor bildirib ki, Ermənistanın təxribatçı hücumu ölkəmizə qarşı təcavüz aktıdır.

"Biz xalq, millət olaraq düşmən qarşısına çıxmağa, torpaqlarımızı azad etməyə hazırıq. Dünən səhərə qədər yatmamışam. Sərhəddə baş verənlər məni çox düşündürür, nəinki virus. Bir var işğal olunmuş torpaqlarda atışma gedə, bir də var ki, düşmən ölkənin sərhədinə hücum edir. Bu, açıq-aşkar bizə qarşı təcavüzdür. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi və onlara ağır zərbələr endirdi. Artıq düşmənlə silah gücü ilə danışmağın zamanıdır. Hamımız bilirik ki, torpaqlarımızı geri almaq üçün bizə maksimum bir həftə vaxt lazımdır. Azərbaycanın hərbçiləri ilə yanaşı hər bir vətəndaşımız döyüşə hazırdır. Ali Baş Komandanın əmrini gözləyirik. Ordumuzun gücünə, qüdrətinə güvənirik. Əminik ki, Ermənistan ordusu bizim qarşımızda dayana bilməz. Qələbə bizimdir və bizim olacaq. Heç kim buna şübhə etməsin", - deyə Xalq artisti vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: RamizMəlik   Tovuz   döyüş  





Xəbər lenti